525.Az

Milli Məclisdən xalq artisti İlhamə Quliyevanın toxunulmazlıq müraciətinə cavab verilib


 

Milli Məclisdən xalq artisti İlhamə Quliyevanın toxunulmazlıq müraciətinə cavab verilib<b style="color:red"></b>

“Azərbaycanda müğənnilərin xüsusi toxunulmazlığı ilə bağlı ayrıca qanun hazırlamaq mümkün deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov xalq artisti İlhamə Quliyevanın parlamentdən müğənnilərə xüsusi toxunulmazlıq verilməsi ilə bağlı tələbinə cavab verərkən deyib.
 
N.Cəfərov bildirib ki, onsuzda bütün vətəndaşların hüquqları konstitusiya səviyyəsində qorunur və orada hər şey aydın göstərilib: “Bu, normal birgə yaşayış qaydasıdır ki, bu da ali qanunvericilikdə təsbit olunub. Ona görə də hər sənətin nümayəndələrinin toxunulmazlığı ilə bağlı ayrı-ayrı qanun qəbul etmək mümkün deyil. Əgər indi biz durub müğənnilər üçün xüsusi toxunulmazlıq statusu müəyyən etsək, onda gərək digər sahələrin adamları barədə də bunu edək. Bu da qanunvericilik baxımından düzgün deyil. Xalq artisti İlhamə Quliyevaya qanunvericiliyə uyğun olaraq da bu şəkildə cavab veriləcək”. İlhamə Quliyevanın digər xalq artisti Nazpəri Dostəliyeva ilə münaqişəsinə toxunan komitə sədri onların bir-biri ilə dil tapmasını tövsiyə edib.
 
Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyeva ilə olan qalmaqalına rəsmi səviyyədə münasibət bildirilməsini istəyib. İlhamə Quliyeva Nazpəri Dostəliyevanın onu parodiya etdiyini əsas gətirərək, Milli Məclis rəhbərliyindən kömək istəyib. O, “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunması üçün Milli Məclisin spikeri Oqtay Əsədova müraciət etdiyini bildirib.

 





04.03.2013    çap et  çap et