525.Az

İlham Əliyev üç icra başçısını işdən çıxardı


 

İlham Əliyev üç icra başçısını işdən çıxardı<b style="color:red"></b> Prezident İlham Əliyev üç rayonun icra başçısını dəyişdi.

Prezident sərəncamı ilə Kəlbəcər rayonuna yeni icra başçısı təyin edib. Sərəncamla Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyev bu gün həmçinin Laçın rayonunun İcra hakimiyyətinin başçısının dəyişməsi haqda sərəncam imzalayıb. Sərəncamla Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digət sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İ. Əliyev Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam verib.
 
Digər sərəncamla Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilib

AzərTac
 





04.03.2013    çap et  çap et