525.Az

​BQXK nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkdilər


 

​BQXK nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkdilər<b style="color:red"></b>

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, komitə təmsilçiləri vasitəsi ilə ailəsinə məktub göndərib.

Qeyd edək ki, Ermənistanın Ararat rayonun Ayqepat kəndinin sakini 1954-cü il təvəllüdlü erməni Henrik Sayerbekoviç Aqekyan avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində sərhədi pozarkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

 





17.08.2016    çap et  çap et