525.Az

Bakının mərkəzində dəhşətli tıxaclar yaranıb


 

Bakının mərkəzində dəhşətli tıxaclar yaranıb<b style="color:red"></b> Bakının əsas küçə və prospektlərində böyük tıxaclar yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə bu gün səhər 09.00 radələrindən Babək prospekti və Heydər Əliyev prospektinin kəsişməsində, Heydər Əliyev prospektində (“Şəfa” stadionun qarşısı), Afiyəddin Cəlilov və Yusif Səfərov küçəsinin kəsişməsində, Yusif  Səfərov küçəsində, Tiflis prospektində, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Koroğlu Rəhimov, Təbriz , Fətəli xan Xoyski  küçələrində, “Nərimanov” metro stansiyasından “Gənclik” metro stansiyası istiqamətində böyük tıxaclar yaranıb. Tıxacların yaranmasına H. Əliyev prospektində “Şəfa” stadionun qarşısında təmir işləri və Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçələrində işıqforun işləməməsi səbəb olub.
 
V. Əsədov həmçinin bildirib ki , tıxacların yaranmasında digər səbəb  sürücülərin işıqforla tənzimlənən yolayrıcılarını düzgün keçməməsidir. Yolayrıcını düzgün keçməyən sürücülər kameralar vasitəsilə aşkar olunaraq barələrində cəza tədbirləri görüləcək və onlar haqqında fotomaterial hazırlanacaq.
 





05.03.2013    çap et  çap et