525.Az

"Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur"


 

"Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur"<b style="color:red"></b> "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən etibarən Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir. Dini Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib”.
 

APA-nın məlumatına görə, bunu “2016-cı il Multukulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir:

“Bu məsələdə medianın xüsusi rolu da var. Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistləri çox mühüm rol oynayır”.
 
Tədbirdə millət vəkilləri Bəxtiyar Sadıqov, Fazil Mustafa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu mövzu ətrafında fikir mübadiləsi aparıblar.
 





18.08.2016    çap et  çap et