525.Az

Martın 10-a təyin olunmuş aksiya ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib


 

Martın 10-a təyin olunmuş aksiya ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib<b style="color:red"></b>

Silahlı Qüvvələrdə əsgər ölümlərinə etirazla əlaqədar martın 10-a təyin olunan aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Aksiyanın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, müraciətdə paytaxt rəhbərliyindən Bakıdakı Təbriz kinoteatrının qarşısında və ya Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda saat 15.00-da aksiyanın keçirilməsinə şərait yaradılması istənilib. 
 
Təşkilat Komitəsinin üzvü Ülvi Həsənli isə APA-ya bildirib ki, paytaxt rəhbərliyi aksiyanın müraciətdə göstərilən yerlərdə keçirilməsinə razılıq verməzsə, təşkilatçılar aksiyanın şəhərin mərkəzində - Fəvvarələr Meydanında keçirməkdə israrlı olacaqlar.

 





05.03.2013    çap et  çap et