525.Az

Oqtay Əsədov: “Topaz qumarxana deyil”


 

Oqtay Əsədov: “Topaz qumarxana deyil”<b style="color:red"></b>

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Azay Quliyev Xocalı soyqırımının dünyada tanınması istiqamətində aparılan xarici siyasətin uğurlu olduğun vurğulayıb. Xocalı soyqırımını tanıyan ölkələrin parlamentlərinə təşəkkür məktubu göndərilməsini dəstəkləyən millət vəkili Məlahət İbrahimqızı “Topaz”-dan şikayətlənib: “Bu gün universitetlərin bir çoxunda tələbələr bu qumarxanalara toplaşır. Buna son qoymaq lazımdır. İnsanlar evlərini belə burada uduzurlar”.
 
Spiker Oqtay Əsədov isə deyib ki, “Topaz” qumarxana deyil, idmanla bağlıdır: “Biz bu qanunu sizin iştirakınızla qəbul etmişik. Dediyiniz məsələni isə araşdırarıq”.

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Demokratik Respublikasının digər qurucularının xatirəsini əbədiləşdirilməsini istəyən millət Fazil Mustafa da “Topaz”-la bağlı şikayətlərin artdığını qeyd edib. O da Xocalı soyqırımını tanıyan ölkələrin parlamentlərinə təşəkkür məktubu göndərilməsini dəstəkləyib.

 





05.03.2013    çap et  çap et