525.Az

Novruz yarmarkaları təşkil olunacaq


 

Novruz yarmarkaları təşkil olunacaq<b style="color:red"></b>

İstehlakçılar bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

İqtisadi İnkişaf Nazirliyindən 525.az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək.

Satış yarmarkalarının təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək. Bununla yanaşı, Novruz bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.

 





05.03.2013    çap et  çap et