525.Az

Qafqaz Universitetinin əməkdaşının möhtəşəm uğuru


 

Qafqaz Universitetinin əməkdaşının möhtəşəm uğuru<b style="color:red"></b>

Qafqaz Universitetində sözügedən təhsişl müəssisəsinin əməkdaşının SSRN reytinqinə görə iki yiz mindən artıq elm adamı arasında 13-cü yer tutması ilə bağlı mətbuat konfransı keçirilib. İlk olaraq söz alan universitetin rektoru Ahmet Saniç vurğulayıb ki, Qafqaz Universiteti hər zaman olduğu kimi bu ildə yeniliklərə imza atmaqda davam edir. Onun sözlərinə görə, 2013-cü il də istisna deyil. Bu təhsil ili də ali təhsil müəssisəsi üçün uğurlu başlayıb. Belə ki, universitetin maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanov SSRN reytinqinə görə iki yiz mindən artıq elm adamı arasında 13-cü yer tutmaqla çox böyük uğura imza atıb. 

Universitetin prorektoru Cihan Bulut isə çıxışında bu müsabiqə  barədə məlumat verib. Onun sözlərinə görə, Harvard Biznes Məktəbinin Professoru Maykl Censenin rəhbərlik etdiyi European Corporate Governance Institute (London) , Korea University (Seoul) , Stanford Law School (California), University of Chicago Booth School of Business (Illinois) təşkilati dəstək verdiyi SSRN (the Social Science Research Network)  1992. ildən etibarən fəaliyyət göstərən dünyanın ən populyar tədqiqat mərkəzlərindən sayılır. Dünyadakı 1500 tədqiqat mərkəzinin reytinqini müəyyələşdirən webometrics reytinqinə görə SSRN 6 ildən artıqdır ki, hər il  dünyanın ən reytinqli tədqiqat mərkəzi seçilmişdir. Hal hazirda SSRN bazasinda dünyanın yüzdən çox ölkəsindən 220 000-ə yaxın elmi tədqiqatçinin beşyüz minə yaxın məqaləsi yer almaqdadır. Eyni zamanda  aralarında Harvard, Stanford, MİT, Oxford, London Biznes Məktəbi kimi  dünyanın ən məşhur dörd yüzdən çox universitetlərinin və Dünya Bankı, BVF, EBRD kimi yüzdən çox beynəlxalq maliyyə təşkilatlarının bütün  elmi nəşrləri  istifadəçilərə bu bazada  pulsuz olaraq təqdim edilir.SSRN bazasında yer alan məqalələr qurumun müxtəlif e-jurnallarına daxil edilir və bu məqalələrin yüklənmə əmsallarına görə həm müəlliflərin, həm məqalələrin, həm də müəlliflərin təmsil etdikləri qurumların reytinqi müəyyənləşdirilir.

Tədqiqatçı E.Süleymanov özyü barədə  məlumat verərək vurğulayıb ki, qırxa yaxın İqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçıdır. Əksəriyyəti Amerikanın məşhur universitetlərinin təmsilçiləri olan ilk yüzlüktə, Amerika xaricində sadəcə İngiltərə, İspanya, Kanada və Azərbaycanı təmsil edən tədqiqatçılar yer almışdır. Bu bazada yer alan Azərbaycanın iqtisadiyyatı ilə əlaqəli məqalələrə elmi ictimaiyyətin böyük diqqət göstərdiklərini subut etməkdədir.

Qeyd edək ki bu elmi bazada Azərbaycanla əlaqədar 180 məqalə  daxıl edilmişdir. Elçin Süleymanovun həmmüəllifi olduğu dörd kitabı və müxtəlif elmi jurnallarda və ondan çox xarici ölkədə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap olunmuşdur. O dünyanın 130 ölkəsindən müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq indexcopernicus şəbəkəsinin, Nyu York Elmlər Akademiyasinin,  World Academy of Science, Engineering and Technology-nin və Academia şəbəkəsinin  uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilmişdir. Scientific Committee and Editorial Review Board on Social and Human Sciences, World Academy of Science, Engineering and Technology üzvüdür. Bu göstəricilərə görə bir neçə beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir. Universitetimizin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1,600 Entrepreneurship Research & Policy Network Organizations reytinqini yüksəltmişdir.Belə ki 2012 ci ildə 2250 yerdə olan Qafqaz Universiteti  hazırda 338. yerə yüksəlmişdir. Qeyd edək ki Qafqaz Universiteti  MDB məkanından ilk dördyüzlükdə olan yeganə universitet olmuşdur.Siyahıda ilk üçlükdə yirmiyə yaxin iqtisadiyyat üzrə Nobel mükafatçısı çıxaran National Bureau of Economic Research (NBER) , Harvard Universiteti və European Corporate Governance Institute (ECGI) yer almaqdadir.

Yeri gəlmişkən dünən mətbuat konfransında digər məsələlərlə bağlı da söz açılıb. Dosent İsa Qasımov bildirib ki, Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edib. QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir. Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhvə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  www.yenifikir.az saytına daxil olaraq online qeydiyyatdan keçməlidirlər. Yeni Fikir Müsabiqəsinin qalibləri QUTECHNOPARK  tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin edəcəkdir. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində faəliyyət göstərmək imkanı qazanacaqlar. Yeni Fikir Müsabiqəsi haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) mürəciət etməklə bərabər, www.yenifikir.azsaytından da istifadə edə bilərlər.

S.Qarayeva

 

 





05.03.2013    çap et  çap et