525.Az

Mənfəət neftinin həcmi 60%-ə çatacaq


 

Mənfəət neftinin həcmi 60%-ə çatacaq<b style="color:red"></b> Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib.
 
“APA Economics” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
 
X. Yusifzadə bildirib ki, ümumilikdə AÇG-dən 123 mlrd. kubmetr təbii qaz edilib:
 
“Bu müddət ərzində aylıq 2,8 mln. ton neft 1,1 mlrd. kubmetr təbii qaz istehsal olunub”.
 
O qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir:
 
“Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq".
 
SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib.
 





22.08.2016    çap et  çap et