525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)

(Əvvəli ötən şənbə sayımızda)

Gəncə bələdiyyə idarəsinə 450 min rublə borc verilməsi

Bundan sonra Gəncə bələdiyyə idarəsinə sarı xəstəliklərlə mübarizə üçün 450 min rublə borc verilməsi həqqindəki layihəyi-qanuniyyə müzakirə olunur.

Doktor Rəfiyev - Məruzəçi sifətilə çıxaraq bəyan ediyor ki, daxiliyyə nəzarəti vasitəsilə parlamana bir layihəyi-qanuniyyə idxal edilmiş və parlamanın maliyyə komisyonunda baxılaraq bu gün Məclisi-Məbusan iclasına təqdim olunur. Layihə budur:

Azərbaycan Cümhuriyyətinin daxiliyyə nəzarəti. 16 yanvar 1919.

Azərbaycan Məclisi-Məbusanına

Gəncə bələdiyyə idarəsinə faizsiz olaraq 450 min manat verilməsi layihəyi-qanuniyyəsi

Bakıdan gəlmiş erməni mühacirləri vasitəsilə Gəncədə 1918 sənəsi dekabrın əvvəlində səpmə yatalaq xəstəliyi zühur edib, haman ayın o axırında öylə bir dərəcədə şiddət kəsb etmiş ki, şəhərin ermənilər ilə məskun ikinci hissəsində xəstələrin miqdarı 500 nəfərə çatmış, şəhərdə xəstəxanalar olmadığından xəstələrin mənzillərində qalmaqla digərlərini də haman xəstəligə salıb xəstəlik intişarına səbəb olurlar.

Bələdiyyə idarəsi 29 dekabr tarixli fövqəladə iclasında şəhər doktorlarının əksərinin iştirakfı ilə, xəstəligə qarşı tədabir məsələsi müzakirəsi əsnasında böylə bir qərarə gəlmişlər ki, şəhərin yalnız 25 xəstə üçün sarı xəstəxanası hal-hazırın ehtiyacını heç bir vəchlə dəf etməgə kafi degildir. Müsri xəstələr ehtiyacı üçün şəhərin digər xəstəxanasından dəxi istifadə ediləməz. Çünki xəstəxanada yataqlar məhdud olduğundan savayı bu xəstəxanaya yalnız məcruh ilə müsri olmayan xəstələr qəbul etməkdədir.

Bunları nəzərə alaraq və müsri xəstəliklərin önünü alıb əhaliyi tibbi müavinət etmək üçün bələdiyyə idarəsi imdilik olaraq əqəllən 50 xəstə üçün yeni bir xəstəxana güşadına qərar vermişdir. Bununla bərabər xəstələrin mənzil və əşyalarını təthir üçün də ənvayi-tədabir görülüb şəhəri səhiyyə nöqteyi-nəzərindən lazımi bir halə gətirmək fikrindədir.

Məzkur tədabiri qövldən-felə gətirib üç ay ərzində bu təşkilatı (xəstəxana təthirat dəstəsi ilə ilax.) saxlamaq üçün şəhərə təxminən 450 min manat pul lazımdır ki, əlyövm şəhərin qüvvəsindən xaric olan bir məsarifdir.

Müsri xəstəliklər dəfi, xüsusən səpmə yatalaq dəfi məhəlli idarələrə degil, hökumətə aid bir vəzifə olduğundan Gəncə bələdiyyə idarəsi imkanı olduğu qədər bu yolda çalışmaqla bərabər əlyövm müsri xəstəliyin önünü almaq üçün fəqət 25 min manat buraxmaqla bərabər hökumət xəzinəsindən eyni məqsəd və mətləb üçün 340 min pul verilməsini istida edir.

Gəncə şəhərində hökmfərma olan müsri səpmə yatalaq xəstəliyilə mübarizədə bulunmanın xəstəliyi yalnız Gəncə şəhərində əsasından qaldırılmanın degil, fəqət köyə keçməsinin dəxi önünü almaq lazım olduğunu düşünərik. Zira xəstəligin köyə sirayət etdigi təqdirdə kəndisilə mübarizədə bulunmanın haman qeyri-mümkün və xəstəliyin o vəqt minlərcə insan təlafatına bais olacağından daxiliyyə nəzarəti bələdiyyə idarəsinin baladə məzkur iqdamatının şayani-qəbul olduğunu etiraf edərək aşağıda dərc olunan layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə təqdim eylər:

1- Gəncə idareyi-bələdiyyəsinə əmrazi-sariyə ilə mübarizədə bulunması üçün xəzinəyi-dövlətdən bilafaiz olaraq 450 min manatlıq bir borcun verilməsi:

2- Məzkur idareyi-bələdiyyəsinin işbu borcu şəhərin varidat və məsarifət dəftərinə qeyd edilərəkdən hər sənə müsavi hissələrlə üç il zərfində xəzinəyi-dövlətə verilməsi üçün kəndisini müvəzzəf qılmaq.

Daxiliyyə naziri          (imza)

İdarə müdiri               (imza)

Üçüncü şöbə müdiri   (imza)

Maliyyə komisyonu bu məbləğin borc təriqilə buraxılmasını lazım bilərək layiheyi-qanuniyyənin qəbul və təsdiqini təklif ediyor.

Sultan Məcid Qənizadə - Əlbəttə, Gəncə şəhərinə bu borcu vermək lazımdır. Hal-hazırda müsri xəstəliklər o qədər şiddət etmişlər ki, hökumətlə bərabər cəmaətin də işləməsi icab edər. Hökumət əgər hökumət isə cəmaətin dərdinə qalmalı, onu mühafizə etməlidir. Bunun üçün də yalnız Gəncə degil, qeyri şəhərlərə də pul buraxılmalıdır ki, müsri xəstəlik ilə mübarizə etsinlər. Ancaq bu məbləğin miqdarı barəsində bir qədər danışmaq istərdim. Bən bilmiyoram nə üçün Bakı şəhər idarəsi 600 yataqlıq xəstəxana açmaq üçün iki milyon iki yüz min manat istiyor, amma Gəncə 50 yataq üçün 450 min manat. Bu iki məbləğ  müqayisə edilərsə, böyük fərq görülər. Böylə ki, yataq hesabı ilə Gəncəninki neçə dəfə artıq çıxar. Əgər məzkur məbləğ yalnız xəstəliklə mübarizə və xəstəxana təsisi üçün isə çoxdur, başqa işlər üçün isə əlahiddə məsələdir. Ona görə bu xüsusda tövzihat verilməsini xahiş edirəm.

“Azərbaycan”, 07 yanvar 1919, №98

Məhsubən - hesaba alaraq, sayaraq
Müsərrəhən - aydın şəkildə, açıqcasına
Məzbur - həqqində danışılan
Mütəvəqqif - inkişaf etməyən, duran
Sərd - xoşa gəlməyən
Məbni - bina edilmiş, tikilmiş
Bərvəch - uyğun olaraq
Səvabdidə - doğru hesab edilmiş
Müstəcəb - təcili
Əvail - əvvəllər
Müsri - yoluxucu
Məcruh - yaralı
Təthir - təmizləmə
Baladə - yuxarıdakı
Müvəzzəf - öhdəsinə tapşırılan
Mühərrər - yazılmış

Azərbaycan Məclisi-Məbusanında

9-cu iclas

(keçən nömrədən mabəd) 

Abdulla bəy Əfəndizadə - Gəncə və Bakı şəhər idarələrinə füqərayi-kasibənin müalicəsi üçün para buraxılmaq məsələsinə fraksiyamız zidd degildir və ola da bilməz. Doğrudan da şimdiki müalicə ehtiyacı hər yerdə olduğu kibi bu şəhərlərdə də böyük bir miqyasda hökumətimiz və parlamanımız tərəfindən qarşılanmalıdır. Bizim rəyimizcə böylə bir lazımlı tədbirə bir an əvvəl girişməli idi.

Hər halda təşəbbüs hökumət tərəfindən degil, əhali tərəfindən olması bizi xeyli təəccübləndirdi. Ehtiyac məgər yalnız bu iki şəhərdəmidir? Vətənimizin hər yeri xəstəlik fəlakətinə giriftar olmayıbmı? Yüz minlərlə övladi-vətən kəndlərdə, başqa şəhərlərdə müalicəsiz, müavinətsiz qırılıb bərbad olmuyormu? Millət bu hal ilə məhv olub gedərsə, hökumət və parlaman kimlər üçün yaşamalıdırlar? Nə üçün hökumət hər yerin halından xəbərdar olmuyor? Əgər biz yalnız bu iki şəhərə kömək verməklə kifayətləniriksə bütün bir xəstə vücudun yalnız bir-iki üzvünə müalicə edib ən ziyadə müalicəyə möhtac üzvlərini buraxmış oluruz. Vətənin canı kəndistandır. Ehtiyac da orada çoxdur. Heç bir kəndlinin bu gün xəstəsi üçün uzaq şəhərlərdən həkim, dərman gətirməgə imkanı yoxdur. Bütün var-yoxunu satarsa yenə mətləbinə nail olamaz. Məzkur şəhərlərdə həkim, dərman, həm də füqərayə müalicə müavinəti az-çox vardır. Başqa yerlərdə o da yoxdur. Sabiq istibdad dövründə belə hökumət müsri xəstəliyin qabağını böyük bir fəaliyyətlə almağa çalışırdı, həm də güclü məsariflər ediyordu. Bizim doğma hökumətimiz nə üçün bu anacan bir təşəbbüs etmiyor?

Bu mülahizələrlə fraksiyamız Gəncə və Bakı şəhərləri istədigi qərzi qəbul etməklə bərabər hökumətə təklif ediyor ki, təcili surətdə parlamana bir layihə təqdim etsin: vətənin hər yerinə müavinət lazımdır. Gərək böyük məsariflər olunub məhlələrə səyyar həkimlər heyəti və müalicə ləvazimatı göndərilsin. Lazımi məqamlarda məccani aşxanalar və müalicəxanalar açılsın. Bu işin təxirə buraxılmağı əsla qəbul edilməyəcəkdir. Millətin parası millətin özünə məsrəf olunmalıdır.

Ağa Aşurov - Layihənin nə üçün səhiyyə nəzarəti vasitəsilə degil, daxiliyyə nəzarəti vasitəsilə daxil olunduğuna təəccüblənərək istənilən pulu buraxmağa razı olmaqla bərabər qeyd ediyor ki, şəhərlərə buraxılan pulların istənilən mənfəəti olamayacaqdır. Zira xəstəliyi kökündən qazmaq, geniş miqyasda böyük çarələr görmək lazımdır.

Yusifbəyli Nəsib bəy - Hökumət namindən izahat verərək bəyan ediyor ki:

Natiqlərin dediklərindən böylə anlaşılır ki, guya hökumət kəndləri unudaraq ancaq şəhərlərə kömək ediyormuş. Əlbəttə, bu barədə də səhiyyə nəzarəti özü izahat verər. Amma şimdi bən bunu demək istiyoram ki, hökumət köyləri unutmamışdır və bu gün kəndlər ehtiyacı üçün təxsisat istəmiyorsa səbəbi budur ki, hələ parlaman açılmadan bu məqsəd üçün hökumət ixtiyarında pul var idi. Səhiyyə nəzarəti köylərə müsri xəstəliklərlə mübarizə ehtiyacına öz binagüzarlığında bulunan 3-4 milyondan sərf ediyor və bu yolda ciddi tədbirlər görüyor və işliyor. Bənə məlumdur ki, səhiyyə nəzarəti köylərdə xəstəliklə mübarizə üçün ciddi tədbirlər görmüşdür. Əzcümlə bu xüsusda bir layihə hazırlamışdır. Nazir kəndlərə göndərmək üçün təbib feldşer və sairlərdən mütəşəkkil səyyar dəstələr təşkil ediyor. Bunlar yaxın zamanda köylərə hətta göndəriləcəklərdir. Nəinki yalnız kəndlərə, şəhərlərə də səhiyyə nəzarəti tərəfindən ayrıca olaraq pullar sərf ediliyor və ediləcəkdir. Ancaq şimdi hökumət şəhərlərə yardım üçün məbləğ istiyor. Səbəbi də budur ki, şəhərlər sarı xəstəliklərlə mübarizə işlərində nəzarətə kömək edirlər. Fəqət pula möhtacdırlar. Ona görə də bizdən borc pul istiyorlar. Buna görədir ki, hökumət parlamana müraciətlə para təxsisinə izin istiyor.

Əhməd Cövdət - Uzun bir nitqində əsas etibarilə paranın buraxılması lazım olmaqla bərabər sarı xəstəliklə mübarizə işlərində hökumətlə bir yerdə cəmaətin də ciddən çalışmasını lazım görərək bunun üçün də bu xəstəliklərin qaçqınlardan sirayət etdigini göstəriyor. Hökumətin qaçqınların əhvalı, səhiyyə və sairələrinə diqqət edilmədigi üçün hökuməti tənqidlə lazımi və ciddi tədbirlər görməsini tövsiyə ediyor və bildiriyor ki:

Bununla böylə əlbəttə hökumətlə bərabər cəmaət dəxi çalışmalıdır. Və əgər bu gün bələdiyyə idarələri çalışıyor və kəndlər çarəsiz qalıyorlarsa, bunun da səbəbini kəndlərdə idareyi-məhəliyyə yoxluğunda görərək tələb ediyoruz ki, hökumət tezlik ilə kəndlərdə zemstvo idarələri təşkilinə çalışsın, tainki kəndlilər dəxi öz dərdlərini bilib çarələrini araya bilsinlər. Bir də natiq əfəndi səyyar dəstələrin təşkilini gec hesab edərək “bunlar imdi kəndlərdə olmalı idilər” diyor.

Doktor Rəfiyev məruzəsini müdafiə ediyor və izahat veriyor. Layihə səsə qoyularaq eynilə qəbul olunur. 

Bakı bələdiyyə idarəsinə 2200 min rublə təxsisi 

Bundan sonra doktor Musa bəy Rəfiyev eyni məqsəd üçün Bakı bələdiyyə idarəsinə 2 milyon 200 min rublə təxsisi həqqində aşağıdakı layiheyi-qanuniyyəyi oxuyur: 

Azərbaycan Cümhuriyyəsi Daxiliyyə Nəzarəti

1919 sənə yanvar 15

Azərbaycan parlamanına

Bakı bələdiyyə idarəsinə faizsiz borc olaraq iki milyon iki yüz min manat verilməsi qanun layihəsi əvaxir vəqtlər ənvai xəstəliklər, xüsusən yatalaq xəstəliyi Bakı şəhərində şiddətli bir hal kəsb etmiş, bunun səbəbi mühacirlər cərəyanı olmuşdur. Gərək şəhərin mövcud xəstəxanaları, xəstələrin həpsini qəbul etməgə kafi olmadığından onlardan bəziləri ləbaləb dolmuş böylə ki, 19-cu xəstəxanada hal-hazırda 6 yüz xəstə üçün yer olduğu halda, 7 yüzdən ziyadə xəstə yatmaqdadır. Mixaylovski xəstəxananın halı daha bədtərdir. Bu vəziyyətdən doğan qələbəlik nəticəsi olaraq xəstəxana doktorları və başqa məmurları kəndisini mühafizə edə bilmiyorlar. Və müsri xəstəliklərə düçar oluyorlar, genə haman qələbəlik nəticəsi olaraq yüzlərcə xəstə xəstəxanaya düşməyib mənzillərdə tədavisiz qalıb, digərlərini xəstəliyə salırlar və tələf oluyorlar.
 
Şəhərdə mövcud əskəri xəstəxanalarda yerlər artırmaqla bir nəticə hasil edəməmişdir. Zira əskəri xəstəxanalarda yerlər az olduğundan bir az müddətdə dolmuş, şəhər idarəsinin zənnincə bu ağır vəziyyətin çarəsi müsri xəstələr üçün 6 yüz yataqlıq yeni bir xəstəxana açmaqdır. Şəhər idarəsinin mülahizəsilə bu xəstəxananın təşkili üçün 6 yüz min manat lazım olduğu kibi, xəstələrin xərci ilə başqa məsarifə də 4 ay ərzində ayda 4 yüz min manat lazım olacaq (nəzərə 19-cu xəstəxananın məsarifi alınır). May, yaxud iyul aylarında xəstəliyin tamam olmasından azalması məlhuz olunursa və dörd ay ərzində idarənin təsəvvürüncə xəstəxananın bütün məxarici 2 milyon 2 yüz min manata varacaq, şəhər idarəsinin təsəvvürüncə öylə böyük xərc idarənin imkanı xaricindədir. Ələlxüsus Mixaylovski xəstəxanadan başqa 19-cu xəstəxana da şəhərin öhdəsindədir.
 
Bundan qəti-nəzər edərək bilməlidir ki, hal-hazırda yatalaq xəstəliyi öylə xariqüladə bir hal kəsb edib ki, onunla mübarizədə bulunub dəf etmək dövlətə aid olmalıdır. Buna binaən bələdiyyə idarəsi 2 yanvar tarixli qərarına istinad edərək daxiliyyə nəzarətindən məzkur məqsəd üçün təcili surətdə iki milyon iki yüz min manat verilməsi rica olunur. Şəhər idarəsinin rədd etdigi mülahizatı tamamilə mühəqqəq və binaənileyh bu xüsusda ki, iqdamat şayani-qəbul bulunduğundan daxiliyyə nəzarəti aşağıdakı məzkur layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə təqlim eylər.

1) Bakı şəhər idarəsinə əmrazi-sariyyə ilə mübarizədə bulunması üçün 2 milyon 2 yüz min rubləlik bir borcun verilməsi.

2) Məzkur şəhər idarəsinin işbu borcu şəhərin varidat və məsarifat dəftərinə qeyd edilərək hər sənə müsavi ilə üç sənə zərfində xəzineyi-dövlətə verilməsi üçün kəndisini müvəzzəf qılmaq.

Daxiliyyə naziri

İdarə müdiri

3-cü şöbə müdiri

Bir qədər müzakirədən sonra bu layihə dəxi qəbul olunur.

(Ardı var)

 





22.08.2016    çap et  çap et