525.Az

Kamal Abdullayev Bilik Fondunda görüş keçirdi


 

Kamal Abdullayev Bilik Fondunda görüş keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Fondun Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin əməkdaşlarla görüşü olub.

Fonddan 525.az-a verilən məlumata görə, tədbirdə bir-sıra məsələlər müzakirə olunub, ilin sonuna qədər həyata keçiriləcək layihələrin, görüləcək işlərin planına əlavələr edilib.

Akademik diqqətə çatdırıb ki, bu gün fondun əsas fəaliyyət istiqamətlərindən biri “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı maarifləndirici tədbirlərin təşkilidir:
 
“Əhalinin müxtəlif təbəqələrinə qarşıdakı referendumun mahiyyətini, bu tədbirdə iştirak etməyin vacibliyini izah etmək, onları maarifləndirmək Bilik Fondunun vəzifəsidir”.

Sonra Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsindən danışan K.Abdullayev bu layihəni davam etdirmək barədə tövsiyyələrini də verib.

Diqqətə çatdırılıb ki, layihənin miqyası getdikcə daha da genişləndirilməli, beynəlxalq səviyyədə daha çox məktəbləri əhatə etməlidir.

Dövlət müşaviri Bilik Fondunun ölkənin müxtəlif bölgələrində, xüsusilə Bilik evlərində təşkil etdiyi təlim kurslarının fəaliyyəti ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlərin genişləndirilməsinin, xüsusilə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün dil kurslarının təşkilinin vacib olduğunu bildirib.

K.Abdullayev qarşıdan gələn Bilik günü ilə bağlı da fondun görəcəyi işlərlə maraqlanıb, bununla bağlı fikir və təkliflərini kollektivlə bölüşüb.

 





22.08.2016    çap et  çap et