525.Az

“Elşad Abdullayev peşəkar dələduz olduğunu təsdiq edir”


 

“Elşad Abdullayev peşəkar dələduz olduğunu təsdiq edir”<b style="color:red"></b>

“Mən hüquqlarını müdafiə etdiyi iş adamı Arzu Kazımovla bu gün Kürdəxanıdakı istintaq təcridxanasında görüşmüşəm. Biz cinayət işinin istintaqı ilə bağlı vəsatət vermişik”.
 
Bunu APA-ya açıqlamasında hazırda Fransada olan Elşad Abdullayevin yaydığı videolardan sonra həbs edilmiş Arzu Kazımovun vəkili Ramiz Zeynalov deyib. R. Zeynalov bildirib ki, vəsatət “İnşaat 2002” şirkətinin baş mühasibi, həmçinin şirkətin sahibi Hacı Zakirin qardaşı Məhəmməd Səfərovun dindirilməsi ilə əlaqədardır: “Bu şəxslər dindirilməlidir. Bu vəsatət təmin olunarsa, istintaq tərəfindən araşdırılıb yekunlaşdırıldıqdan sonra cinayət işi üzrə yekun qərar qəbul edilə bilər. Amma çox təəssüf ki bu gün vəsatətə baxılması gecikdirilir”.
 
R. Zeynalov yenə də Elşad Abdullayevin ünvanına ittihamlar səsləndirib: “O, bu videoları yaymaqla özünü peşəkar dələduz olduğunu bir daha təsdiq edir. Sonuncu videoda Səftər adı ilə qələmə verdiyi adam faktiki olaraq, 2004-cü ildən Xüsusi Dövlət Mühafizə Xidmətində işləmir. Həm də videodakı adamın adı Səftər yox, Səfərdir. O, nehrəmli deyil, şahbuzludur. Yəni bu danışan adam Səfərdir və bildiyimə görə, oradan işdən qovulmuş şəxsdir”.
 
Qeyd edək ki, R. Zeynalovun hüquqlarını müdafiə etdiyi A. Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda yazılıb ki, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

 





05.03.2013    çap et  çap et