525.Az

ABŞ vitse-prezidenti Latviyaya gedir


 

ABŞ vitse-prezidenti Latviyaya gedir<b style="color:red"></b>

ABŞ vitse-prezidenti Co Bayden avqustun 23-də Latviyaya işgüzar səfər edəcək.
 
APA-nın “Baltnyus” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində C.Bayden Latviya prezidenti Raymond Veyonis və baş nazir Maris Kuçinskis ilə görüşəcək.
 
Danışıqlar zamanı NATO-nun Varşava sammitində qəbul olunan qərarlar, ABŞ-Latviya iqtisadi əlaqələri, enerji, investisiya mühiti və digər əməkdaşlıq məsələləri müzakirə ediləcək.
 
Daha sonra Co Bayden Türkiyə və İsveçə işgüzar səfər edəcək.

 





23.08.2016    çap et  çap et