525.Az

Çaves öldü, 7 gün matəm elan edildi


 

Çaves öldü, 7 gün matəm elan edildi<b style="color:red"></b>

Keçən ilin dekabr ayında Kubada dördüncü dəfə xərçəng əməliyyatı keçirən Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezidentin ölüm xəbərini varisi elan etdiyi vitse-prezident Nikolas Maduro açıqlayıb. Venesuelanın xarici işlər naziri Elias Jaua isə ölkədə 7 gün matəm elan edildiyini bildirib. Çavesin cənazəsi vida mərasimi üçün Karakasdakı Hərbi Akademiyanın zalında saxlanacaq. Dəfn mərasimi isə cümə günü keçiriləcək. Çavesin harada dəfn ediləcəyi isə hələ məlum deyil.

 





06.03.2013    çap et  çap et