525.Az

Almaniyalı muzey direktoru Tarixi Muzeyində


 

Almaniyalı muzey direktoru Tarixi Muzeyində <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Almaniyanın İncəsənət və Dini Mədəniyyəti Muzeyinin direktoru Anya Şöne ilə görüş keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Şöne dövlətlər arasında mədəni-irsi əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın multikulturalizmə dəyər verən ölkə olduğunu deyib. Vurğulanıb ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin olunması, bu ölkədə fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.

Sonra gələcəkdə birgə elmi-praktik konfransların və sərgilərin təşkili məsələsi müzakirə edilib.

Sonda almaniyalı qonaq muzeyin ekspozisiya zalları ilə tanış olub.

Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi A.Şönenin böyük marağına səbəb olub.

 





23.08.2016    çap et  çap et