525.Az

YARAT Müasir İncəsənət Məkanında daha bir mədəni tədbir


 

YARAT Müasir İncəsənət Məkanında daha bir mədəni tədbir<b style="color:red"></b>

Avqustun 26-da YARAT Müasir İncəsənət Məkanında müasir incəsənətə həsr olunmuş "YARAT Freestyle: 2 Point Perspective" adlı tədbir təşkil olunacaq.

Tədbir gənc rəssamlar Emin Mathers və Orxan Məmmədin iştirakı ilə keçiriləcək.

Layihənin devizi belədir: Səslərin beyin tərəfindən fiziki emalı, ətraf aləmi öyrəndikcə, beynin strukturunda müəyyən izlər qoyur.

Nəticə etibarilə, bəşəriyyət və qanunlar, habelə strukturların platonik hökmranlığı qəbul edilir. Amma təbii qanunlar və onlarla şərtləndirilən mühit, sanki təfəkkürü formalaşdırır və özündə saxlayır, son olaraq təfəkkür onların hamısını özündə cəmləşdirir.
 
Kimyəvi proseslər, artan və yox olan, daşan və buxarlanan, əriyən və təkrar kristallaşan elementlərin sonsuz rəqsini ifa edir və bütün bunlar səs və təsvirin mükəmməl sinxronizasiyalı sintezini yaradır".

 





23.08.2016    çap et  çap et