525.Az

Vidadi Zeynalova qarşı yeni ittiham


 

Vidadi Zeynalova qarşı yeni ittiham <b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalova qarşı yeni ittiham elan edilib.
 
APA-nın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə yeni ittiham sürülüb.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.
 





23.08.2016    çap et  çap et