525.Az

“Microsoft” şirkəti ofis paketində süni intellekt tətbiq edəcək


 

“Microsoft” şirkəti ofis paketində süni intellekt tətbiq edəcək<b style="color:red"></b>

“Microsoft” şirkəti gündəlik planlaşdırma üçün süni intellekti dəstəkləyən “Genee” xidmətini satın alıb. Bu xidmət “Office 365” proqram paketinə inteqrasiya edilə bilər.

AZƏRTAC “gazeta.ru” saytına istinadən xəbər verir ki, “Genee” xidməti təbii dili başa düşür və qərarların qəbulu üçün optimallaşdırılmış alqoritmlərdən istifadə edir.

İstifadəçi görüş planlaşdırarkən təqvimə əsaslanan assistent cədvəldən boş gün seçir və smartfon sahibinin görüşmək istədiyi şəxsə bu barədə xəbərdarlıq göndərir.

“Genee” tətbiqinin “Microsoft”un xidmətlərinə inteqrasiya ediləcəyi tarix, hələ ki məlum deyil.

 





23.08.2016    çap et  çap et