525.Az

ATƏT ölkələrinin XİN rəhbərləri Almaniyada toplaşır


 

ATƏT ölkələrinin XİN rəhbərləri Almaniyada toplaşır<b style="color:red"></b> ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində görüşəcəklər.
 
APA-nın Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin dəvəti əsasında baş tutacaq.
 
Qeyri-rəsmi görüşdə ATƏT zonasında ümumi çağırışlar və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Əsas diqqət böhran və münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyəti kimi məsələlərə yönələcək.
 
Görüş dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq xarakteri daşıyır.
 





23.08.2016    çap et  çap et