525.Az

Türkiyə Suriyada əməliyyata başladı


 

Türkiyə Suriyada əməliyyata başladı<b style="color:red"></b>

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini "İŞİD" terrorçularının azadetmə əməliyyatına başlayıb.

Anadolu agentliyinin məlumatına görə Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri "İŞİD" terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endirib.

Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

Hərbi əməliyyat, həmçinin yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

AzərTAc

 





24.08.2016    çap et  çap et