525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2002-ci il. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib.

Referendum nəticəsində qəbul edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilib, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilib.
 
1572-ci il. Fransada dini müharibələr nəticəsində Parisdə tarixə “Varfolomey gecəsi” adı ilə düşən kütləvi qırğın törədilib.

Müqəddəs Varfolomey gününə təsadüf edən həmin gecədə katoliklər 30 minədək protestantı qətlə yetiriblər.

“Varfolomey gecəsi” ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanıb və günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasında işlədilir.
 
1814-cü il. ABŞ ilə Böyük Britaniya İmperiyası arasında baş verən müharibənin gedişində ingilislər Vaşinqtonu ələ keçirərək ABŞ prezidentlərinin iqamətgahı olan Ağ Evi yandırıblar.

1950-ci il. “Sehirli xalça” əməliyyatı nəticəsində 45 min yəhudi Yəməndən İsrailə köçürülüb.
 





24.08.2016    çap et  çap et