525.Az

Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir


 

Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir<b style="color:red"></b> Türkiyə hakimiyyəti Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Qaraqamış rayonunun əhalisini təxliyə edir. 
 

APA-nın xəbərinə görə, bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.
 
Bundan əvvəl Qaraqamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Qaraqamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.
 
Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub.
 





24.08.2016    çap et  çap et