525.Az

Bakıda unikal 8 Mart aksiyası: “Biz sizi unutmadıq” (Fotolar)


 

Bakıda unikal 8 Mart aksiyası: “Biz sizi unutmadıq” <b style="color:red">(Fotolar)</b> Martın 6-da səhər saatlarında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şəhərin müxtəlif yerlərində “Biz sizi unutmadıq” adlı aksiya keçirib. Təşkilatın üzvləri Bakının müxtəlif küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər.
 
Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, aksiyanın əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar analarımızı sevindirməklə onları unutmadığımızı bildirmək olub.
 
“Yeni Üfüq” İctimai Birliyi “Biz sizi unutmadıq” adlı aksiyası zamanı Bakının müxtəlif küçələrində çoxlu sayda fədakar kommunal xidmət işçilərinə bayram hədiyyələri təqdim edib.









 





06.03.2013    çap et  çap et