525.Az

"Azərxalça" İstehsalat Birliyi ləğv edilir


 

"Azərxalça" İstehsalat Birliyi ləğv edilir<b style="color:red"></b>

Əmlak Məsələləri Dövlət Komitəsi"Azərxalça" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradıb.

"Report" xəbər verir ki, komissiya Prezident İlham Əliyevin bu ilin mayın 5-də imzaladığı "Azərxalça" ASC-nin yaradılması haqqında sərəncamına uyğun olaraq təşkil edilib.

Kreditorlar sentyabrın sonuna qədər öz tələblərini Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Qüllə küçəsi,22 ünvanında irəli sürə bilərlər.

Tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə təqdim olunmalıdır.

 





24.08.2016    çap et  çap et