525.Az

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolunda tariflər azaldılacaq


 

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolunda tariflər azaldılacaq<b style="color:red"></b> Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yol idarələrinin rəhbərləri yükdaşıma ilə məşğul olan şirkət və operatorlarla qarşılıqlı faydalı əməkdaşlıq yollarını müzakirə ediblər.
 
“APA-Economics” “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolu” məlumat yayıb.
 
Görüşdə hər üç ölkənin ərazisində polad, buğda neft və qaz məhsullarının, eləcə də konteyner daşımaları üçün tariflərin azaldılması xüsusi müzakirə mövzusu olub.
 
Bildirilib ki, güzəştli tariflərlə yanaşı, yüklərin daşınması üçün yeni logistik sxemlərin tətbiqi yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
 
“Biz idxal və ixrac məhsullarının daşınması üçün sərfəli şərtlər təqdim etməyə hazırıq. Misal üçün, biz bu ilin sonunda Gürcüstandan Türkiyəyə birbaşa keçid açacağıq. Bununla da, sizin Türkiyənin cənub limanlarına, Şimali Afrika və Ərəb ölkələrinə çıxışınız asanlaşacaq”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov deyib.
 
Qazaxıstanın yükdaşıma ilə məşğul olan şirkətlərdən birinin rəhbəri Anuar Həmidov deyib ki, hazırda təmsil etdiyi şirkət yalnız öz ölkəsində yükdaşıma fəaliyyəti ilə məşğuldur:

“Bizdə buğdanın məhsuldarlığı çox olub. İndi biz buğdanı Fars körfəzi ölkələrinə ixrac etmək niyyətindəyik.

Hazırda Azərbaycan və Gürcüstan dəmir yollarının nümayəndə heyəti ilə yükdaşıma tarifləri ilə bağlı danışıqlar aparılır. Nəticələr var. Bizim üçün güzəşt ediləcək və tariflər aşağı salınacaq” 
 
Görüşün sonunda bildirilib ki, hər üç ölkənin birbaşa müzakirələr aparması yükdaşıma zamanı yaranan problemlərin qısa zamanda və effektiv həllinə kömək edəcək.
 





24.08.2016    çap et  çap et