525.Az

Bioparçalanma qabiliyyətinə malik qablaşdırma


 

Bioparçalanma qabiliyyətinə malik qablaşdırma <b style="color:red"></b>

Amerikalı alimlər tərəfindən süd zülalı əsasında yeyinti məhsulları üçün qablaşdırma hazırlanıb.

Alimlərin sözlərinə görə, bioparçalanma qabiliyyətinə malik yeni qablaşdırmanı qidada istifadə etmək olar.

Yeni ixtira plastik qablaşdırmadan fərqli olaraq ətraf mühiti çirkləndirmir və zərərli maddələr ifraz etmir.

Kazein əsasında hazırlanmış qablaşdırma oksigenin məhsulun daxilinə nüfuz etməsinə mane olaraq daha uzun müddət saxlanılmasına şərait yaradır. O plastik qablaşdırmayla müqayisədə oksigeni 500 dəfə daha az buraxır.

Tədqiqatçıların sözlərinə görə, kazein əsasında qablaşdırma 3 il ərzində istifadəçilərin ixtiyarına veriləcək.

AzərTAc

 





24.08.2016    çap et  çap et