525.Az

Türkiyə tankları Suriyaya girdi


 

Türkiyə tankları Suriyaya girdi<b style="color:red"></b> Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11:07-də sərhəddən Suriya ərazisinə keçib.
 
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tanklar "İŞİD" terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir.
 
Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də "İŞİD"i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.
 





24.08.2016    çap et  çap et