525.Az

Bayden Gülənin ekstradisiyasından danışdı


 

Bayden Gülənin ekstradisiyasından danışdı<b style="color:red"></b>

Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.
 
APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.
 
C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub:
 
“Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.
 
C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.

 





24.08.2016    çap et  çap et