525.Az

“Qarabağ”la hesablaşmalı olacağıq”


 

“Qarabağ”la hesablaşmalı olacağıq” <b style="color:red"></b>

“Öz meydanımızda “Qarabağ”a qalib gəlməyi bacardıq. Bunu yaxşı nəticə hesab edirik. Ancaq həmin görüşü unutmaq lazımdır. Qrup mərhələsinə düşmək üçün 90 dəqiqə mübarizə aparmalıyıq. Bizim üçün xüsusi oyun olduğunu yəqin ki, başa düşürsünüz”.

Qol.az-ın məllumatına görə, bu sözləri  Avropa Lqiasının pley-off mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq “Göteborq” klubunun kapitanı Mattias Brayismir deyib.

Təcrübəli müdafiəçi İsveç mətbuatına açıqlamasında mərhələni adlamaq şanslarını dəyərləndirib:
“Bakıda bizi çətin oyun gözləyir. Rəqiblə hesablşamalı olacağıq. “Qarabağ” böyük qüvvə ilə hücumlar edəcək. Onların heyətində oyunun taleyini həll edə bilən, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Ancaq bizim müdafiəmizi yarmaq üçün çox çalışmalıdırlar. Çünki yaxşı müdafiə olunuruq. Təbii ki, geridə oynamaq fikrində deyilik. Sürətli əks hücumlarla  qol vurmağa çalışacağıq. Bakıya sərfəli nəticə üçün gedirik”.

30 yaşlı futbolçu bildirib ki, qrup mərhələsinə düşsələr, bu, onun üçün çox böyük nəticə olacaq: “Qrupa düşsək, 2007-ci ildə İsveç çempionluğumuzdan sonra ikinci böyük nəticəm olacaq. Həmin çempionluqdan çox vaxt keçib. Karyeramda yeni səhifə açmaq istəyirəm. Bu anı gözləyirəm. Çempionatda da yaxşı nəticə qazanacağımızı düşünürəm. Liderlərdən bir qədər aralı düşsək də, çempinluğu hədəfləmişik”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Göteborq” oyunu saat 20:30-da başlayacaq. İsveçdə keçirilən oyunda isə "Göteborq" qalib gəlmişdi - 1:0.

 





24.08.2016    çap et  çap et