525.Az

Türkiyə ordusunun dəstəyi ilə Suriyada 4 kənd "İŞİD"dən azad edildi


 

Türkiyə ordusunun dəstəyi ilə Suriyada 4 kənd "İŞİD"dən azad edildi<b style="color:red"></b> Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun qüvvələri 2 kəndi "İŞİD" terror təşkilatından azad edib.
 
APA-nın “Hürriyet’ qəzetinə istinadən verdiyi məlumata görə, öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi "İŞİD"dən təmizlənib. Son xəbərlərə əsasən daha 2 kənd terrorçulardan geri alınıb.
 
Qeyd edək ki, bu gün səhər saat 04:00-da Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini "İŞİD"dən təmizləmək üçün  “Firat qalxanı” əməliyyatına start verib. İndiyə qədər 46 "İŞİD" terrorçusu öldürülüb, "İŞİD"in bomba yüklü 3 avtomobili məhv edilib.
 





24.08.2016    çap et  çap et