525.Az

II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək


 

II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək<b style="color:red"></b>

15-24 sentyabr tarixlərində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

II Şəki Beynəlxalq Teatr Festivalına Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatrların qatılacağı gözlənilir.

I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ilin sentyabrında gerçəkləşib.

Budəfəki festivalda Azərbaycanın 5 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları iştirak edəcək.

Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı keçiriləcək.

Mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.

Cavid QƏDİR

 





24.08.2016    çap et  çap et