525.Az

Moskvada pilotsuz elektrik avtobusu təqdim olundu


 

Moskvada pilotsuz elektrik avtobusu təqdim olundu<b style="color:red"></b> Moskvada “Şatl” layihəsinin təqdimatı olub.
 
İKT.lent.az-ın “autonews.ru” saytına istinadən verdiyi xəbərə görə, “NAMİ” Elmi Tədqiqat Avtomobil və Avtomotor İnstitutu tərəfindən hazırlanmış pilotsuz elektrik avtobusu konsepti iştirakçılara nümayiş etdirilib.
 
Layihənin ilkin məqsədi sərnişinin marşrutuna uyğunlaşan avtobus yaratmaqdır.
 
Nəzərdə tutulur ki, sərnişin öz smartfonu vasitəsilə “şatl” çağırır və gedəcəyi məntəqəni qeyd edir.

Avtobus marşrut xəttini tərtib edir və elə edir ki, gedişin daha tez başa gəlməsi üçün lazım olduqda yolda sərnişini başqa nəqliyyat vasitəsinə mindirmək mümkün olsun.
 
Avtobus təkərlərin idarəolunan tam dönüş sxemi ilə təchiz edilib. Bir və ya iki elektrik mühərrikinin quraşdırılmasından asılı olaraq, 27 və 54 at gücünə sahib olacaq.

Uzunluğu 4,6 metr, eni 2 metr, hündürlüyü 2,5 metrdir. “Şatl” 12 sərnişin tutur, onlardan 6-sı oturur, qalanı isə ayaq üstdə dayanır.
 





24.08.2016    çap et  çap et