525.Az

Carablus "İŞİD"dən azad edildi


 

Carablus "İŞİD"dən azad edildi<b style="color:red"></b> Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri Azad Suriya Ordusunun nəzarəti altına keçib.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhər "İŞİD" qruplaşmasının silahlılarından təmizlənib.
 
Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.
 
Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.
 





24.08.2016    çap et  çap et