525.Az

Bayden: “ABŞ Güləni müdafiə etmək niyyətində deyil”


 

Bayden: “ABŞ Güləni müdafiə etmək niyyətində deyil”<b style="color:red"></b> ABŞ Güləni müdafiə etmək niyyətində deyil, hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayır.
 
APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib.
 
“Mənimlə birgə Türkiyəyə mütəxəssislər gəlib.

Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır.

ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər.

ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur”, deyə C.Bayden bildirib.
 





25.08.2016    çap et  çap et