525.Az

YARAT Müasir İncəsənət Mərkəzində “Evin sirləri”


 

YARAT Müasir İncəsənət Mərkəzində “Evin sirləri”<b style="color:red"></b>

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında 1-15 sentyabr tarixlərində Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu dəfə gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə və Hətəm Əliyevin əsərlərindən ibarət sərgi təqdim olunacaq.

Layihənin müəllifləri ailə və ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar.

Bununla yanaşı, seçilmiş mövzuların diapazonu həm sosioloji, həm də ümumi – məişət xarakterinə malikdir.

Layihənin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

Qeyd edək ki, giriş sərbəstdir.

 





25.08.2016    çap et  çap et