525.Az

Hakan Şükürdən FETÖ açıqlaması


 

Hakan Şükürdən FETÖ açıqlaması<b style="color:red"></b>

Türkiyə millisinin sabiq futbolçusu və keçmiş millət vəkili Hakan Şükür FETÖ təşkilatına qarşı açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ölkədə hərbi çevrilişə cəhd edən FETÖ təşkilatını maliyyələşdirməkdə ittiham olunan H.Şükür özünün "Tvitter" hesabı vasitəsi ilə FETÖ-nun Türkiyədə etdiyi hadisələrə təəssüfləndiyini deyib. O, ölkədə hərbi çevrilişə cəhd olunmasını pisləyib, şəhidlərə rəhmət diləyib.

H.Şükür özünün və ailəsinin FETÖ təşkilatı ilə əlaqəsinin olmadığını da iddia edib.

Onun bu fikirləri məhkəmənin özü və atası haqqındakı çıxardığı qərardan sonra verməsi bir çox insan tərəfindən birmənalı qarşılanmayıb. Onlar sosial media vasitəsi ilə H.Şükürə inanmadıqlarını yazıblar.

Qeyd edək ki, məhkəmə ata və oğulun həbsi barədə qərar verib. Bundan başqa, məhkəmənin qərarına əsasən, Hakan Şükür və atasının Türkiyədəki ümumi məbləği 200 milyon türk lirəsi təşkil edən bütün var-dövləti - maşınları, bank və digər maliyyə qurumlarındakı hesabları, mülkləri, şirkətlərdəki ortaqlıq payı müsadirə olunub.

 





25.08.2016    çap et  çap et