525.Az

Ankaradakı "rus bazarı" yanıb kül oldu


 

Ankaradakı "rus bazarı" yanıb kül oldu<b style="color:red"></b>

Ankarada xalq arasında "Rus bazarı" kimi tanınan Yunis Əmrə Xalq Bazarında gecə yanğın olub. Qısa müddət ərzində 685 mağazanın olduğu bazar tamamilə alovlar içində qalıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mağazalardakı yanğınsöndürmə balonlarının partlaması səbəbilə yanğına çətinliklə müdaxilə edilib. Bazarın yaxınlığında yanacaqdoldurma məntəqəsinin, binanın aşağı mərtəbəsində isə çox sayda avtomobilin olması vəziyyəti daha da çətinləşdirib.

Yanğında mağaza sahiblərinə və binaya böyük maddi zərər dəyib. Ancaq ölən və ya yaralanan olmayıb.

Yanğının səbəbi müəyyənləşdirilə bilməyib.

Ankaranın polis rəisi hadisə yerinə gələrək məlumat alıb. Mağaza sahibləri isə yanğının sabotaj olduğunu bildiriblər.

 





06.03.2013    çap et  çap et