525.Az

YPG türk ordusunun yolundan çəkildi


 

YPG türk ordusunun yolundan çəkildi<b style="color:red"></b> "PYD-YPG" (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "REPORT") Suriya ərazisində Fərat çayının şərqinə doğru çəkilməyə başlayıb".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı ABŞ və Türkiyənin Suriyada terrorçu "İŞİD"ə qarşı birlikdə mübarizəsinin davam edəcəyini vurğulayıblar.

Qeyd edək ki, Türkiyə Ordusu dünən PYD-YPG qüvvələrinin çəkilməyini istəmişdi. "YPG" isə Fərat çayının şərqinə çəkilməklə bağlı qərarı Demokratik Suriya Qüvvələrinin (DSQ) verəcəyini bildirmişdi. DSQ PYD-YPG-nin başçılığı altında təşkil edilən qruplaşmadır. Bu qruplaşmada əsas söz sahibi PYD-YPG birliyidir.
 





25.08.2016    çap et  çap et