525.Az

Kolumbiyada 52 illik müharibəyə son qoyuldu


 

Kolumbiyada 52 illik müharibəyə son qoyuldu<b style="color:red"></b>

Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə hökumət arasında yarım əsri ötən müharibəyə son qoyulub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı 52 illik müharibəni sona çatdıran “tarixi” sülh müqaviləsi Kubada imzalanıb.
 
Müzakirələr nəticəsində qəbul edilən anlaşma sənədini Kolumbiya nümayəndə heyəti adından Humberto de la Calle ilə FARC-ın nümayəndəsi İvan Marquez imzalayıblar.

Tərəflər verdikləri birgə açıqlamada Kolumbiya hökuməti və FARC arasında yekun, tam və qəti bir razılaşmaya nail olunduğunu bildiriblər.

 





25.08.2016    çap et  çap et