525.Az

Rusiyanın ən zəngin klanları və Putinin kürəkəni


 

Rusiyanın ən zəngin klanları və Putinin kürəkəni<b style="color:red"></b>

“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən zəngin klanlarının siyahsını hazırlayıb.
 
Modern.az jurnala istinadən xəbər verir ki, bu siyahıya Vladimir Putinin kürəkəni Kiril Şamalovun da ailə klanı daxildir.

Məlumata görə, “Rossiya” bankının sədri Nikolay Şamalovun şəxsi sərvəti 100 milyon dollar, onun oğlu Kiril Şamalovun isə 2,3 milyard dollar sərvəti var.
 
Ən zəngin rus ailə klanları arasında Şamalovlar 4-cü pillədə qərarlaşıblar. Onlardan öndə Qutseriyevlər, Rotenberqlər və Ananyevlər qərarlaşıb.
 
“Ozero” kooperativinin rəhbəri olan Nikolay Şamalov Putinin yaxın çevrəsindən biri sayılır və 2014-cü ildə Qərbin sanksiyalarına məruz qalıb. Buna baxmayaraq, “Rossiya” bankının 10,2%-i də ona məxsusdur.

Şamalovun kiçik oğlu Kiril Şamalov Putinin qızı Katerina Tixonova ilə evlidir.
 
Bu evlilikdən sonra Kiril Şamalovun sərvəti kəskin artıb və “Sibir” şirkətində alınan səhmlə birlikdə 2,3 milyard dollar təşkil edir.

 





25.08.2016    çap et  çap et