525.Az

Türkiyədə dünyanın ən enli asma körpüsünün açılışı olacaq


 

Türkiyədə dünyanın ən enli asma körpüsünün açılışı olacaq<b style="color:red"></b>

Avqustun 26-da İstanbulda dünyanın ən geniş asma körpüsünün açılış mərasimi keçiriləcək.

Rəsmi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı edəcəyi Yavuz Sultan Səlim körpüsünün açılışına çoxlu xarici qonaq qatılacaq.

Körpünün tikintisinə 3 milyard ABŞ dolları həcmində vəsait xərclənib.
 
İstanbul boğazı üzərində inşa olunan körpü avtomobillər üçün 8 hərəkət zolağından və iki dəmir yolu xəttindən ibarətdir.

Eni 59 metr olan körpünün ümumi uzunluğu 2 min 164 metrdir. Körpü Avropa ilə Asiya arasında hərəkət edən avtomobillərə pulsuz xidmət göstərəcək.

AzərTAc

 





25.08.2016    çap et  çap et