525.Az

Çində daşqın qədim qayaüstü rəsmlərə ziyan vurdu


 

Çində daşqın qədim qayaüstü rəsmlərə ziyan vurdu<b style="color:red"></b>

Çinin Ninsya-Xuyey muxtar vilayətində baş verən daşqınlar e.ə. üçüncü və onuncu minilliklərə aid olan qədim qayaüstü rəsmlərə ciddi ziyan vurub.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Güclü leysan yağışları nəticəsində yaranan daşqın zamanı qədim qayaüstü rəsmlərin çoxuna palçıq və lildən ziyan dəyib.

Daşqın daşların bir hissəsini isə yuyub aparıb.

AzərTAc

 





25.08.2016    çap et  çap et