525.Az

UNEC və Sakarya Universiteti arasında əməkdaşlıq genişlənir


 

UNEC və Sakarya Universiteti arasında əməkdaşlıq genişlənir<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin Sakarya Universitetinin birgə hazırladığı “Soy ağacının Genç Dalları” adlı layihə Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar üzrə idarəsi tərəfindən qəbul edilib.

Universitetdən 525.az-a verilən məlumata görə, layihə çərçivəsində UNEC və Sakarya Universitetinə tələbə və müəllimlərin qarşılıqlı səfərləri təşkil olunub.

Səfər çərçivəsində keçirilən görüşlərdə universitetlər arasında mövcud əməkdaşlığın genişləndirilməsi, xüsusilə də “Erasmus+” və “Mövlanə Mübadilə Proqramı” üzrə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Həmçinin, qeyd olunan proqramlar üzrə birgə layihələrin hazırlanması barədə razılıq əldə edilib.

 





25.08.2016    çap et  çap et