525.Az

Həyat üçün yararlı planet aşkarlandı


 

Həyat üçün yararlı planet aşkarlandı<b style="color:red"></b>

Londonun kraliça Mariya universitetində Hillem Anqlad-Esküdenin başçılıq etdiyi astronomlar qrupu Proksim Sentavr ulduzu ətrafında həyat üçün münasib şərtlərin olduğu planetin dövr etdiyini açıqlayıblar.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yerdən 4,2 işıq ili uzaqlığında yerləşən həmin planetin səthində temperatur 30-40 dərəcə selsi arasında dəyişir.

Alimlər Yerə bənzər bu planetin 2018-ci ildə orbitə çıxacağı planlaşdırılan Ceyms Uebb adına teleskopun köməyi ilə gələcək tədqiqatlar və müşahidələr üçün əsas hədəf olacağını güman edirlər.

 





25.08.2016    çap et  çap et