525.Az

Milli Kitabxanada "Seyfəddin Dağlı-95" sərgisi


 

Milli Kitabxanada "Seyfəddin Dağlı-95" sərgisi <b style="color:red"></b>

Avqustun 24-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, dramaturq Seyfəddin Dağlının anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, "Seyfəddin Dağlı-95" adlı sərgidə yazıçının əsərləri, redaktoru olduğu kitablar və qəzet, jurnal materialları nümayiş etdirilib.

Qeyd edək ki, onun "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı 1948-ci ildə nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Unudulmaz S.Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

 





25.08.2016    çap et  çap et