525.Az

Nazir: “Terrorçuların hədəfi Kılıçdaroğlu olub”


 

Nazir: “Terrorçuların hədəfi Kılıçdaroğlu olub”<b style="color:red"></b> Türkiyənin Artvin vilayətinin Şavşat şəhərindən Ardanuç qəsəbəsinə gedən yolda, Yanıklı kəndi yaxınlığında hücumun hədəfi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun maşın karvanı olub.  
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib.

Ə. Ala deyib ki, PKK terrorçuları maşın karvanını müşayiət edən və karvanın önündə gedən hərbçilərin olduğu avtomobil atəşə tutulub.
 
Nəticədə avtomobilin sürücüsü olan hərbçi başından ağır, maşındakı 2 hərbçi isə yüngül yaralanıb.
 
Daxili işlər naziri deyib ki, PKK terrorçuları Orduda, Girəsunda Qara dəniz bölgəsinə çıxmağa səy göstərirlər:
 
“Bölgədə xüsusi əməliyyat aparılır. İnşallah, bu hücumu təşkil edənlər yaxalanacaq”.
 
Ə. Ala CHP sədrinin səfərini planlaşdırdığı kimi davam etməsi üçün vertolyot da göndərdiklərini qeyd edib.
 





25.08.2016    çap et  çap et