525.Az

Gənclər tanınmış yazıçılarla “Ədəbiyyat marafonu”nda görüşəcəklər


 

Gənclər tanınmış yazıçılarla “Ədəbiyyat marafonu”nda görüşəcəklər<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sentyabrın 22-də “Ədəbiyyat marafonu” layihəsi həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq, gənclərdə mütaliə bacarığını və oxumaq hissini inkişaf etdirməkdir.

“Ədəbiyyat marafonu” layihəsi çərçivəsində 30 yeniyetmə və gənc üçün ədəbiyyat gecəsi təşkil olunacaq. Həmin gecədə Azərbaycanın tanınmış yazıçıları ilə gənclərin görüşü olacaq. Gənclərin yeni biliklər əldə etmələri üçün iştirakçılar və yazıçılar arasında diskussiya aparılacaq.

Daha sonra 30 gənc arasında “Ədəbiyyat marafonu” adı altında intellektual müsabiqə keçiriləcək. Müsabiqənin sonunda iştirakçılara sertifikatlar veriləcək və qaliblərə hədiyyə təqdim olunacaq.

Layihənin son günü iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fləşmob təşkil ediləcək. Fləşmob zamanı gənclərə ədəbiyyat haqqında müxtəlif suallar verərək kitabla mükafatlandıracaqlar.

Layihədə iştirak etmək üçün aşağıdaki foruma daxil olub qeydiyyatdan keçmək lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeksINQnYhP2lBOCGVFK-0fgQwybkwYw_WTzjDgw9XR4Lmsew/viewform

Son qeydiyyat sentyabrın 15-dəkdir. Qeydiyyatdan keçən şəxslərə təsdiq üçün sms göndəriləcək və onlar görüşdə iştirak edə biləcəklər.

 





25.08.2016    çap et  çap et