525.Az

Məşhur futbolçu Türkiyədən qaçdı


 

Məşhur futbolçu Türkiyədən qaçdı<b style="color:red"></b>

Türkiyə millisinin və "Qalatasaray" klubunun keçmiş futbolçusu Arif Ərdəm ölkədən qaçıb.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə, veteran futbolçu iyulun 23-də Türkiyənin Ədirnə Sərhəd-Keçid Məntəqəsindən Yunanıstanın İpsal sərhəd rayonuna keçib.

Qeyd edək ki, FETÖ terror təşkilatına bağlılıqda ittiham olunan A.Ərdəm haqqında ötən gün həbs qərarı çıxarılıb. 

1972-ci ildə İstanbulda doğulan Arif Ərdəm 13 il “Qalatasaray”da çıxış edib. O, Türkiyə millsinin də şərəfini qoruyub və  60 oyuna 11 qol vurub. 2005-ci ildə futbolçu karyerasını başa vuran veteran hücumçu "Başakşehir" klubunda məşqçilik edib.

 





25.08.2016    çap et  çap et