525.Az

Rusiyada pilotsuz avtobusların istifadəsi 2018-ci ildə başlayacaq


 

Rusiyada pilotsuz avtobusların istifadəsi 2018-ci ildə başlayacaq<b style="color:red"></b>

Rusiyada 2018-ci ildə ilk pilotsuz avtobuslar istifadəyə veriləcək.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, pilotsuz avtobuslar biznes-parkların, sərgi və elmi mərkəzlərinin,  muzey komplekslərinin və hava limanlarının ərazilərində işə salına bilər.

Rusiyanın "Kamaz" şirkətlər qrupu pilotsuz "Şatl" avtobuslarının şəhər nəqliyyat sistemində istifadəsini nəzərdə tutan konsepsiyanı hazırlayıb.

Sənədə əsasən, 12 sərnişinli avtobuslarların istifadəsi ənənəvi çoxyerli sərnişin avtobuslarına alternativ olacaq.

Hazırda pilotsuz nəqliyyat vasitələrinin ümümi ictimai yollarda istifadəsi Rusiya qanunvericiliyinə ziddir. Bu səbəbdən muxtar şəkildə çalışan avtobusların qapalı obyektlərin ərazisində istifadəsi nəzərdən keçirilir.

Konsepsiyaya əsasən, pilotsuz avtobuslar bəzi qapalı turizm zonalarında ekskursiyalar üçün istifadə edilə bilər. Avtobuslar həm də çətin və təhlükəli şəraitdə yüklərin nəqlində  əvəzolunmaz vasitə ola bilər.

 





25.08.2016    çap et  çap et